Noyabrın 26-da Oğuz-Qəbələ yolunda 2 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələn avtomobil qəzası nəticəsində ağır xəsarət alanlardan birinin adı gizlədilib. Noyabrın 26-da Oğuz-Qəbələ yolunda 2 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələn avtomobil qəzası nəticəsində ağır xəsarət alanlardan birinin adı gizlədilib.

Qəbələdə nə baş verir: ağır yaralı bir aydır ictimaiyyətdən gizlədilir - Fakt + Foto

Noyabrın 26-da Oğuz-Qəbələ yolunda 2 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələn avtomobil qəzası nəticəsində ağır xəsarət alanlardan birinin adı gizlədilib.

Bu barədə AzNews.az-a həmin qəzada ağır yaralanan Əhməd Abdullayevin qardaşı Təyyar Abdullayev məlumat verib. Onun sözlərinə görə, qardaşının adının siyahıdan kənarda qalması ailənin marağına səbəb olub:

“Bu, bizim özümüzə də maraqlı gəldi. Qardaşım o qəzada ağır yaralanıb, özü də hazırda Qəbələ Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsindədir. Ancaq yayılan xəbərlərdə adı çəkilmir. Halbuki qəza nəticəsində onun qaraciyəri partlayıb, dalağı götürülüb, danışa, hərəkət edə bilmir. Bakıdan həkimlər gəlib onu müayinə ediblər. Onlar Əhmədin evə buraxılmasını təklif ediblər. Guya yaxınlarının yanında olsa, səhhəti daha tez normallaşa bilər”.


Əhməd Abdullayev, ağır yaralı

Təyyar Abdullayev vurğulayıb ki, Qəbələ Diaqnoztika Mərkəzinin həkimləri Əhmədin təcili olaraq Respublika Neyrocərahiyyə Xəstəxanasına aparılmalı olduğunu deyiblər: “Burda həkimlər əllərindən gələni ediblər. Amma bizim onu Bakıya aparmağa maddi imkanımız yoxdur. Bu üzdən xahiş edirik ki, əlaqədar təşkilatlar Əhmədə kömək etsin”.

Əhməd Abdullayevin digər yaxınları tərəfindən redaksiyamıza daxil olmuş məlumatda isə xəstənin imkansız olduğu, bu səbəbdən də həkimlərin ona diqqətsizlik göstərdiyi, hətta xəstəxanadan çıxarılması üçün bir həftə vaxt verildiyi bildirilir:

Xatırladaq ki, noyabrın 26-da Oğuz-Qəbələ yolunda ağır avtomobil qəzası baş verib. Nəticədə 90-NB-811 dövlət nömrə nişanlı, "Toyota Rav 4" markalı avtomobillə 66-BV-214 dövlət nömrə nişanlı, "VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində “VAZ 2107”nin sürücüsü Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlu və sərnişini 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində ölüb.

“Toyota Rav 4”-ün sürücüsü, Bakının Nəsimi rayon sakini, 1960-cı il təvəllüdlü Xəlilov Məcid Feyzulla oğlu, onun Bakı sakinləri olan sərnişinləri - 1959-cu il təvəllüdlü Xəlilova İradə Abbas qızı, 1987-ci il təvəllüdlü Qasımov Orxan Vaqif oğlu, 1990-cı il təvəllüdlü Elşən Əhmədov, “VAZ 2107”-də olan sərnişinlər, Qəbələ sakinləri - 1977-ci il təvəllüdlü Tərlan Alıcanov, 1991-ci il təvəllüdlü Rüstəm Mahmudov, 1997-ci il təvəllüdlü Hacı Hacıyev, 1997-ci il təvəllüdlü Rəvan Zərbəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili yardım stansiyasının avtomobilləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanası və Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az