- Dünyanın halı
- 12:12
- 772
Rusiya sərhədinin 70 km-də təlimlərə başlanıldı
Finlandiyada “Northern Strike 26” adlı artilleriya təlimləri start götürüb.
Bu barədə ölkənin quru qoşunları məlumat yayıb.
Təlimlər Vuosanka poliqonu ərazisində keçirilir. Poliqon Rusiya sərhədindən cəmi 70 kilometr məsafədə yerləşən Kuhmo bələdiyyəsindədir.
Manevrlər çərçivəsində hərbçilər artilleriya, minaatan və taktiki döyüş atışları üzrə məşqlər icra edəcək. Təlimlərdə iştirak edən texnika və qüvvələrin dəqiq sayı açıqlanmayıb.
Hərbi təlimlərin 12 may tarixinə qədər davam edəcəyi bildirilib.