- Köhnə - Cəmiyyət
- 22 Dekabr 2017 21:55
- 5 051
Təkistifadəlik şprisə olan təlabatı özümüz ödəyə biləcəyik

Gələn il Azərbaycanda “Diamed Co.” təkistifadəlik şpris istehsalı zavodu istismara veriləcək.
AzNews.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında zavodun təsisçisi Aytən Quliyeva bildirib.
Xanım sahibkar qeyd edib ki, hazırda zavodun qurulması istiqamətində işlər aparılır: “Bu zavod Azərbaycan üçün çox önəmlidir. Zavod 2018-ci ildə istismara veriləcək. Hazırda mən zavodun qurulması ilə məşğulam”.
Təsisçisi vurğulayıb ki, ilkin mərhələdə zavodda istifadə olunan məhsul daxili tələbatın ödənilməsinə, növbəti illərdə isə ixraca yönəldiləcək.
“2018-ci ildə zavodda 100 milyon ədəd təkistifadəlik şprisin istehsal olunması planlaşdırılır. 2020-ci ildə bu göstərici 150-200 milyon ədədə çatdırılacaq”, - deyə A.Quliyeva bildirib.