"Bu il müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi-müəllim bazadan xaric edilib". "Bu il müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi-müəllim bazadan xaric edilib".

205 nəzarətçi müəllim bazadan çıxarılıb

"Bu il müxtəlif qayda pozuntularına, eləcə də köçürmə hallarına yol verən 205 nəzarətçi-müəllim bazadan xaric edilib".

AzNews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

M. Abbaszadə qeyd edib ki, DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlara nəzarətçi kimi cəlb edilən müəllimlərin imtahan prosesində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda təhlil olunur: "Araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1000 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 15 nəzarətçi-müəllimin, 5 imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub".