Sabirabad rayonunda 14 yaşlı şagirdin ölümü ilə bağlı bəzi detallar məlum olub. Sabirabad rayonunda 14 yaşlı şagirdin ölümü ilə bağlı bəzi detallar məlum olub.

14 yaşlı şagirdin müəmmalı ölümü: “Leyla dərmandan zəhərlənməyib”

Sabirabad rayonunda 14 yaşlı şagirdin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Sabirabad rayon Mərkəzi Xəstəxanasının həkimi Rasim Gözəlov AzNews.az-a açıqlamasında Leyla Gözəlovanın dərman preparatından zəhərlənərək ölməsi barədə deyilənləri əsassız adlandırıb:

“Mən Leylanın əmisiyəm. Leyla çox gözəl, əlacı, dərsə davamiyyəti, oxumağa maraq göstərən, dinməyəni dindirən, danışmayanı danışdıran bir şagird olub. Özü də ziyalı bir ailədə böyüyüb. Ailədə 3 uşaqdırlar. Nə dərman? Leyla dərmandan ölməyib, yalandır. Hadisə qəfildən baş verib. Bildiyiniz kimi, yetkinlik dövründə gizli xəstəliklər üzə çıxır. Həkimlər ona ürək qüsuru diaqnozunu qoyublar. Leyla xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, Sabirabad rayonunda yeniyetmə qızın zəhərlənmədən dünyasını dəyişdiyi barədə mətbuatda xəbərlər yayılıb. Xəbərlərdə rayonun Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Gözəlova Leyla Şövqi qızının zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılsa da dünyasını dəyişdiyi bildirilir.

Bahar RÜSTƏMLİ
AzNews.az