Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında ağacəkmə aksiyası keçirilib. Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında ağacəkmə aksiyası keçirilib.

Paytaxtda Avtomobil Yollar Dövlət Agentliyinin əməkdaşları ağac əkdi

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolunun mühafizə zolağında ağacəkmə aksiyası keçirilib.

AzNews.az agentliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, rbir gündə yol kənarlarına 5000 ədəd eldar şamı, zeytun ağacı, 2000 ədəd isə oleandara və sezalpin kol bitkisi, Bakı Dairəvi I yolunun kənarında isə 1000 ədəd eldar şamı, 300 ədəd həmişəyaşıl kol bitkisi əkilib.

Agacəkmə aksiyası respublika əhəmiyyətli avtomobil yollarının da mühafizə zolaqlarında keçirilib.

Belə ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Gəncə-Qazax hissəsininin, Bakı-Quba-Rusiya Federasiyası ilə Dövlət sərhədi, Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə Dövlət sərhədi, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil mühafizə zolaqlarına 45 min ədəd eldar şamı, iydə, ağcaqayın, aksiya, sərv digər müxtəlif növ ağac əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.