Xəzərdə zəlzələ olub, cənub bölgəsində hiss edilib

Xəzər dənizində zəlzələ olub, Azərbaycanın cənub bölgəsində hiss olunub.

Aznews.az xəbər verir ki, yeraltı təkan Lənkəran və Astarada daha çox hiss edilib.

70 km dərinlikdə baş verən yeraltı təkanın 4-5 bal gücündə olduğu ehtimal edilir.

Zəlzələ cənub zonasında, əsasən, Cəlilabad, Astara, Lənkəran, Lerikdə 3 bal gücündə hiss edilib.