- Dünyanın halı
- 12:29
- 1 278
Netanyahu: İranla əldə olunan 2 həftəlik atəşkəs razılaşması Livanı əhatə etmir
ABŞ Prezidenti Donald Tramp İranla 2 həftəlik qarşılıqlı atəşkəsə razı olduğunu, lakin bunun Hürmüz Boğazının tam açılması şərtinə bağlı olduğunu açıqlayıb.
İsrail Baş nazirinin ofisindən verilən məlumata görə, Baş nazir Benyamin Netanyahu Trampın elan etdiyi bu qərarı dəstəklədiyini bildirib.
Netanyahu qeyd edib ki, İranla əldə olunan 2 həftəlik atəşkəs razılaşması Livanı əhatə etmir. O vurğulayıb ki, ABŞ-ın İranın nüvə silahına sahib olmaması və İsrail, ABŞ, Körfəz ölkələri və digər dövlətləri raketlərlə təhdid etməsinin qarşısını almaq istiqamətindəki səyləri tam dəstəklənir.
Baş nazir əlavə edib ki, İsrail ABŞ-ın İrana qarşı hərbi əməliyyatları 2 həftə müddətinə dayandırmasını yalnız Tehranın Hürmüz Boğazını açması və atəşkəsə əməl etməsi şərti ilə qəbul edir.
Mövsüm,
AzNews.az