"Qubada itkin düşən "Gilavar" – hava və ekstrim idman klubunun üzvlərindən biri Fəridə Cəbrayılzadə ilə bağlı bəzi məlumatlar üzə çıxıb. "Qubada itkin düşən "Gilavar" – hava və ekstrim idman klubunun üzvlərindən biri Fəridə Cəbrayılzadə ilə bağlı bəzi məlumatlar üzə çıxıb.

Yoxa çıxan alpinistin dayısı - “Qohumları ilə gəzməyə gedib”

"Qubada itkin düşən "Gilavar" – hava və ekstrim idman klubunun üzvlərindən biri Fəridə Cəbrayılzadə ilə bağlı bəzi məlumatlar üzə çıxıb.

AzNews.az Sonxeber.az-a istinadən xəbər verir ki, dayısı Hilal bəyin sözlərinə görə, F.Cəbrayılzadə alpinist deyil, 27 yaşı var, ailəlidir övladı yoxdur. Qohumları ilə gəzməyə gedib. Masallı rayonunda yaşayır, ali təhsillidir.
"Saytlarda yazılan məlumat yalandır. O idmançı deyil. Qohumları ilə Quba rayonunun Xınalıq kəndindən Tufandağa gəzməyə gedib. Fəridənin atası Zəbi Cəbrayılov ağır xəstədir, qızının itkin düşməsindən xəbərsizdir."
Qeyd edək ki 26 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Fəridə Cəbrayılzadənin fotoqraf olduğu və "Atlas Travel"-ın təşkil etdiyi "Qış nağılı" fotomüsabiqəsində birinci yerə çıxdığı haqda məlumatlar yayılıb.