Azərbaycan Tibb Universitetində unikal Anatomiya Muzeyi yaradılıb. Azərbaycan Tibb Universitetində unikal Anatomiya Muzeyi yaradılıb.

Azərbaycanda Anatomiya Muzeyi yaradılıb

Azərbaycan Tibb Universitetində unikal Anatomiya Muzeyi yaradılıb.

AzNews.az xəbər verir ki, Universitetdən Trend-ə verilən məlumata görə, muzeyin açılışı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil olunub. Bu kafedranın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski ilk belə muzeyin hələ Hippokratın zamanında yaradıldığını söyləyib.