- Köhnə - Cəmiyyət
- 16 Yanvar 2018 13:15
- 2 360
100 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb - 15 gün ərzində

Həmçinin psixotrop tərkibli 2 min ədəd “Metadon” və 210 ədəd “Preqabalin” həb və kapsulaları da aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 15 günündə güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 100 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 16 kiloqramdan çox heroin, 32 kiloqrama yaxın tiryək və 53 kiloqrama yaxın marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
AzNews.az