Dəmiryolunda yeniyetməni cərəyan vurub

Suraxanıda dəmir yolu xətti üzərində dayanan yeniyetməni cərəyan vurub.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 2002-ci il təvəllüdlü şəxs dəmir yolu xəttində hərəkətsiz dayanmış qatarın üstündə olan zaman elektrik naqilinə toxunub və cərəyan vurması nəticəsində xəsarət alıb.