8 Martda 8 qadın sürücülərə hədiyyə veriləcək 8 Martda 8 qadın sürücülərə hədiyyə veriləcək

Yol polisi 8 qadın seçəcək

8 Martda 8 qadın sürücülərə hədiyyə veriləcək



Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 8 mart Beynəlxalq Qadınlar günü ilə bağlı nümunəvi qadın sürücünü seçərək mükafatlandıracaq. Bu barədə məlumatı AzNews.az-a İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov verib.

V. Əsədov bildirib ki, Radio Antendə canlı yayımlanacaq layihədə 8 xanıma 8 adda hədiyyə təqdim edilməsi nəzərdə tutulur: "Məqsəd qadın sürücülər tərəfindən törədilən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirmək üçün təbliğat işlərini genişləndirməkdir".

Nümunəvi qadın sürücülər seçilən zaman şərt kimi son 1 ildə barəsində heç bir inzibati tədbirin olmaması əsas götürüləcək. Belə xanımlara ARDNŞ benzin və avtomobilin yuyulması, Sunny məişət texikası, "Videoaz" danışıq konturları, Prestij qol saatı, Nissan Azərbaycan ətriyyat, Akkord müxtəlif hədiyyələr, Ağ çiçəyim gül dəstəsi, "Ata sığorta" mühərrikin tutumundan asılı olmayaraq pulsuz sığorta, "Parfum Qaleri" fransız ətri, "Azmotor" yağdəyişmə, Nişantaşı restoranı 2 nəfərlik şam yeməyi hədiyyə edəcək. Layihəyə bir neçə bankın də dəstək verməsi gözlənilir: "8 qadının hər birinə 8 adda hədiyyə təqdim ediləcək. Bundan başqa piyadalara da hədiyyələrimiz olacaq. Piyada keçidlərindən keçməyən xanımlara protokol tərtib edilməsi əvəzinə hədiyyə verməyi, beləliklə də onları gələcəkdə yol hərəkəti qaydalarına əməl etməyə istiqamətləndirməyi nəzərdə tuturuq".

Qadın sürücülərin yol verdiyi qayda pozuntularına gəlincə isə V. Əsədov xanımların əsasən sükan arxasında mobil telefonla danışdığını vurğulayıb: "Təhlükəsizlik kəmərindən ən çox qadın sürücülər istifadə edir. Ancaq sükan arxasında mobil telefonla da ən çox qadın sürücülər danışır".

Elnarə Əlosmanqızı
AzNews.az