Azərbaycanlılar daha çox hansı ölkələrə səfər edir?

2017-ci ildə xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayı azalıb.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, ötən il xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 4 faiz azalaraq 4 108,9 min nəfər olub.

Qeyd edək ki, ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İran, 22,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 1,6 faizi Ukrayna, 1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi isə digər ölkələrə səfər edib.