Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb. Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

Dünən 111 cinayət faktı qeydə alınıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.