Siyavuş Novruzovdan Rüstəm İbrahimbəyova qəfil sual: “Amma düzünü desin” Siyavuş Novruzovdan Rüstəm İbrahimbəyova qəfil sual: “Amma düzünü desin”

Rüstəm İbrahimbəyova qəfil sual: “Amma düzünü desin”

Siyavuş Novruzovdan Rüstəm İbrahimbəyova qəfil sual: “Amma düzünü desin”



"Rüstəm İbrahimbəyova bir sual vermək istəyirəm. Amma düzünü desin. Heç ömründə bir dəfə də olsa, seçkidə iştirak edibmi?".
Bunu Modern.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Ziyalılar Forumunun lideri Rüstəm İbrahimbəyovun qarşıdan gələn prezident seçkiləri ilə bağlı müxalifətə verdiyi mesajlara əhəmiyyət verməyən YAP-çı deputat kinodramaturqdan ehtiyatlanmağı da lüzumsuz görür.

S.Novruzov daha sonra müxalifətə səslənərək deyib ki, hamı əmin olsun, seçkilər ən demokratik şəraitdə keçiriləcək.

"Kim nə deyir, desin. Azərbaycanda azad, ədalətli seçki keçirilir. Rüstəm İbrahimbəyova bir sual vermək istəyirəm: heç ömründə bir dəfə də olsa, seçkidə iştirak edibmi? Prezident seçkilərinə, bələdiyyə seçkilərinə bir dəfə qatılıbmı?
Biz tam əminik ki, Azərbaycandakı prezident seçkiləri tam demokratik şəraitdə keçiriləcək. Biz özümüz beynəlxalq təşkilatlara müraciət edirik ki, gəlsinlər seçkiləri müşahidə etsinlər. O boyda Rusiyaya 50 müşahidəçi göndərirlərsə, Azərbaycana 1000-dən çox insan gəlir. Azərbaycanda keçirilən seçkidən şəffaf seçki var ki? Rüstəm İbrahimbəyovun da fikirləri tam cəfəngiyyatdır"-deyə deputat bildirib.

AzNews.az