Goranboyun icra başçısı ilə sahibkar Müqayis Verdiyevin işiylə bağlı ilginc faktlar Goranboyun icra başçısı ilə sahibkar Müqayis Verdiyevin işiylə bağlı ilginc faktlar

İcra başçısından İlham Əliyevə şikayət olundu

Goranboyun icra başçısı ilə sahibkar Müqayis Verdiyevin işiylə bağlı ilginc faktlar



Məlum olduğu kimi, sahibkar Müqayis Verdiyevlə Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev arasındakı pul mübahisəsi sonda sahibkarın həbsiylə nəticələnib. Belə ki, icra başçısından pulunu tələb edən sahibkar Müqayis Verdiyev "iğtişaş yaratmaqda" ittiham edilərək saxlanılıb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bu arada isə baş verənlərlə bağlı yeni məqamlar ortaya çıxıb. Belə ki, Azadlıq.info-ya açıqlama verən sahibkarın qardaşı İlqar Verdiyev ilginc faktlar açıqlayıb. Onun sözlərinə görə, hər şey qardaşı rayonun abadlaşdırılması işlərinə görə xərclədiyi 256 min manatı geri tələb etdikdən sonra başlayıb:

"Qardaşım dəfələrlə Goranboyun icra başçısı Nizaməddin Quliyevin qəbulunda olsa da, fəhlələrə çatacaq əmək haqları barədə müraciəti nəticəsiz qalıb. Sonda rayonun abadlıq işlərində bir il çalışan fəhlələr məcburiyyət qarşısında qalaraq aksiya keçirməli olublar. Bundan sonra isə qardaşıma qarşı "iğtişaş törətmək" ittihamı irəli sürüblər və martın 7-də anamın dəfn mərasimində həbs ediblər".

Sahibkarın isə rayonun abadlaşdırılmasına sərf etdiyi həmin məbləği banklardan kredit götürdüyü bildirilir. Halbuki, rayonda təmir-tikinti işlərinin aparılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb. Həmin vəsaitin hansı istiqamətdə xərclənməsi isə müəmmalı olaraq qalır.

Elə bu məqama aydınlıq gətirmək məqsədilə sahibkarın yaxınları və ailə üzvləri ölkə başçısına müraciət edərək rayondakı təmir-tikinti işlərinin hansı vəsait hesabına aparılmasının təftiş edilməsini, eləcə də Müqayis Verdiyevin anasının yasında iştirak etməsini üçün aidiyyəti qurumlara göstəriş verməsini xahiş edirlər.

Sonda onu da vurğulayaq ki, bir neşə gün əvvəl rayon icra hakimiyyətindən APA-ya verilən rəsmi məlumatda deyilirdi ki, rayonda baş verən gərginliyə səbəb sahibkar Müqayis Verdiyevdir.
"Biz icra hakimiyyəti olaraq sahibkar Müqayis Verdiyevin pulunu ödəmişik. Lakin o fəhlələrin pulunu vermədiyi üçün fəhlələr aksiya keçirirlər".

Orxan
AzNews.az