Novruz bayramı ilə əlaqədar bu il də Azərbaycana turist axınının olacağı gözlənilir. Bunun nəticəsidir ki, artıq evlərin və otellərin çoxu bron edilib. Novruz bayramı ilə əlaqədar bu il də Azərbaycana turist axınının olacağı gözlənilir. Bunun nəticəsidir ki, artıq evlərin və otellərin çoxu bron edilib.

Bayram ərəfəsi Azərbaycana turist axını başlayıb - Video

Novruz bayramı ilə əlaqədar bu il də Azərbaycana turist axınının olacağı gözlənilir. Bunun nəticəsidir ki, artıq evlərin və otellərin çoxu bron edilib.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, turizm mütəxəssislərinin sözlərinə görə, nəinki otellərdə, günlük kirayə verilən evlərdə də boş yer qalmayıb. Ərəb ölkələri və İrandan daha çox turistin gələcəyi proqnozlaşdırılır.

Turistlər evin internetlə təmin olunmasına və təmizliyinə xüsusi diqqət yetirirlər. Onların otellərdən çox, günlük kirayə evlərə üstünlük vermələrinin bir sıra səbəbləri də var.

Qiymətlər isə evin otaq sayına, yeni və ya köhnə tikilidə olmasına və şəhərin harasında yerləşməsinə görə dəyişir.

Turistlər evlərdə qalarkən yaşanan ən böyük problemlərdən biri onların qonşularla münasibətlərində gərginliyin yaranmasıdır. Bu da əsasən turistlərin evdə əylənmələri və səs-küy salmaları ilə bağlı olur. Ona görə də turizm şirkətləri müqavilə bağlamazdan əvvəl turistlərə xəbərdarlıq edirlər.