Müğənni Bahar Lətifqızı uşaq vaxtı ailəsində baş verən mübahisələrdən söz açıb. Müğənni Bahar Lətifqızı uşaq vaxtı ailəsində baş verən mübahisələrdən söz açıb.

“Atam külqabıyla anamın başını yardı” – Bahar (Video)

Müğənni Bahar Lətifqızı uşaq vaxtı ailəsində baş verən mübahisələrdən söz açıb.

AzNews.az Minval.İnfo-ya istinadən xəbər verir ki, müğənni bu barədə efirdə danışıb: “Uşaqların psixoloqisyası mənə daha yaxındı. Yadımdadır ki, atam anamı çox döyürdü. Anamın epilepsiyası var idi, tez-tez ürəyi gedirdi. Pis ata deyildi. Qazanırdı, gətirirdi. Gözümün qabağında çox şeylər olurdu, amma bunu heç kimə deyə bilmirdim.

Anamın ürəyi gedirdi, qonşular gəlirdi. Deyə bilmirdim ki, atam külqabını anamın başına vurdu, başı yarıldı. Deyirdim ki, yıxıldı başı dəydi qanadı”.