Ağdamda iribuynuzlu mal-qara oğurluğu ilə məşğul olan şəxs saxlanılıb. Ağdamda iribuynuzlu mal-qara oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.

Mal-qara oğrusu tutuldu

Ağdamda iribuynuzlu mal-qara oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ağcabədi rayon Sarıcalı kənd sakini Zülfəliyev Cavid Əsgər oğlu ona məxsus 6 baş inəyin oğurlanması barədə polisə ərizə ilə müraciət edib.

Ağdam Polis Şöbəsində aparılan araşdırma nəticəsində oğurluqda şübhəli bilinən Ağdamın Quzanlı qəsəbə sakini Xəlilov Rafiq Əbdül oğlu saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

AzNews.az