İsmayıllı rayonunun ən qədim kəndlərindən biri hesab edilən Sulut fərqliliyi ilə seçilir. İsmayıllı rayonunun ən qədim kəndlərindən biri hesab edilən Sulut fərqliliyi ilə seçilir.

Bu kənddəki həyətlərdə qəbirlər var - Video

İsmayıllı rayonunun ən qədim kəndlərindən biri hesab edilən Sulut fərqliliyi ilə seçilir.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, bu kənddə bəzi həyətlərdə qəbirlər var.

Kənd sakinləri ilə həmsöhbət olduqda məlum olur ki, bu qəbirlər 1941-45 illərdə, İkinci Dünya Müharibəsindən qalıb. Həmin dövrdə ailələr ölən yaxınlarını qəbiristanlıqda yox, evin yaxınlığında dəfn ediblər. Kəndin icra nümayəndəsi İntiqam Şükürov bildirir ki, əhalinin sayı artığından yeni tikilən evlər həmin qəbirlərin əhatəsindədir. Bu da insanlarda elə fikir yaradır ki, ölüləri öz həyətlərində dəfn ediblər.

Həyətdə olan və sonradan qurulan digər bir qəbir isə ölənin vəsiyyəti əsasında burada qazılıb.

Kəndin axundu isə bildirir ki, hazırda Sulut kəndinin xüsusi qəbiristanlıgı var. Ölənlər dini qaydalar əsasında həmin qəbiristanlıqda basdırılır. Axund həyətdə və ya evin yaxınlığında qəbirlərin olmasının İslam dininə uyğun olmadığını deyir. Bildirir ki, bu, insanların, xüsusilə uşaqların qorxmasına səbəb ola bilər. Lakin ilhiyyatçılara görə, həyətlərdə qəbir qazılması dini qaydaların pozulması deyil. Çünki İslam peyğəmbəri Həzrəti Məhəmməd də elə öz evində dəfn olunub.

Lakin hazırda qəbir yerlərinin ayrılması qanunla tənzimləndiyindən ölənlərin qəbristanlıqlarda dəfn edilməsi şərtdir.

Videomaterialı sizə təqdim edirik: