Tozun miqdarı normadan 18 faiz yuxarıdır - Yenilənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır.

AzNews.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da sanitar normadan 18 faiz yuxarı olduğu qeydə alınıb.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanına səbəb Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə ölkə ərazisinə zəif toz-dumanının daxil olmasıdır.

***

16:07

AzNews.az xəbər verir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 18 aprel 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da sanitar normadan 10 faiz yuxarı olduğu qeydə alınıb.