- Köhnə - Cəmiyyət
- 18 Aprel 2018 16:12
- 5 132
Məktəb yoldaşını bıçaqlayan şagirdə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 9-cu sinif şagirdi Samir Fətullazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S. Fətullazadə barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.
Qeyd edək ki, S. Fətullazadə Bakıda yerləşən 282 saylı orta məktəbin 9-cu sinif şagirdidir. O, aralarında yaranan münaqişə zəminində məktəb yoldaşı Rahib Babayevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olub.
AzNews.az