"Keçən il ölkə üzrə 37 618 qadın abort etdirib". "Keçən il ölkə üzrə 37 618 qadın abort etdirib".

37 mindən çox qadın abort etdirib

"Keçən il ölkə üzrə 37 618 qadın abort etdirib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Doğuşayardım Komissiyasının sədri, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, onlar, əsasən, 18-25 yaş arası qadınlar olub: "Abortdan sonra ölkə üzrə heç bir fəsadlaşma baş verməyib, yəni ölüm halı qeydə alınmayıb. Abortlar rəsmi olaraq stasionarda qeydiyyata alınıb".

S.Məmmədova qeyd edib ki, nadir hallarda 18 yaşına çatmayan qadınlarda abort faktı olub: "Bunun da sayı keçən il çox az, təxminən, 5-ə yaxın olub".

AzNews.az