- Köhnə - Cəmiyyət
- 21 Aprel 2018 18:00
- 14 711
Hacıbala Abutalıbov vəzifəsindən getdi - Baş nazirin müavini təyin olundu
Azərbaycan Respublikası Baş nazirinin yeni müavini təyin edilib.
AzNews.az-ın məlumatına görə, bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Baş nazirinin müavini Hacıbala İbrahim oğlu Abutalıbov təyin edilib.
Prezident İlham Əliyev H.İ.Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Hacıbala Abutalıbov 2001-ci ilin yanvar ayından Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.