Əli Həsənov bu vəzifəsində olmayacaq

Prezidentin sərəncamı ilə Əli Şamil oğlu Həsənov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılıb.

AzNews.az xəbər verir ki, bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Əli Şamil oğlu Həsənov Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində qalır.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Şükür oğlu Rzayev təyin olunub.