Etihad Airvays Azərbaycanda nümayəndəlik açır

“Etihad Airvays PJSC” şirkətinin azərbaycandakı filialı dövlət qeydiyyatına alınıb.

“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. ev 79B-də yerləşir.

Şirkətin qanuni təmsilçisi Ahmad Seed Mohammad Ali Ahmaddır.