- Köhnə - Cəmiyyət
- 25 Aprel 2018 18:31
- 3 522
PA işçiləri üçün inşa olunan yaşayış kompleksi nə vaxt istifadəyə veriləcək?
![](https://www.aznews.az/storage/2017/02/15/p.a_prezident_adminstrasiyasi.jpg)
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İşlər İdarəsi və tabe təşkilatların əməkdaşları üçün Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942 A məhəllədə sosial təyinatlı yüksək mərtəbəli yaşayış kompleksi tikilir.
AzNews.az APA-ya istinadən xəbər verir ki, yaşayış kompleksinin gələn ilin payızında istifadəyə verilməsi nəzərdə tutulub.