- Köhnə - Cəmiyyət
- 27 Aprel 2018 16:41
- 5 375
Rusiyadan Azərbaycana taxta göndərilirmiş - Qaçaqmalçılıq yolu ilə
Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Ural gömrük xidmətinin əməkdaşları qaçqamalçılıq yoluyla Azərbaycana göndərilən meşə materiallarının qarşısını alıblar.
AzNews.az xəbər verir ki, bu barədə Virtualaz.org Rusiya mətbuatına istinadən məlumat yayıb. Məlumata görə, ağac tədarükçülərinin qanunsuz fəaliyyəti ilə bağlı cinayət işi qaldırılıb. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, ötən ilin noyabrında dəyəri 6 milyon rubl civarında şam ağaclarından hazırlanan taxta materialları qeyri-qanuni yollarla Azərbaycana ixrac edilib.
Yoxlama zamanı həmçinin taxta materiallarının gömrük qanunvericiliyinin pozulmasıyla ixrac edilməsi faktları da üzə çıxıb.
Strateji əhəmiyyətli malların gömrükdən qanunsuz keçirilməsi faktı ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin dörd maddəsi ilə cinayət işi başlanılıb.
"Hal-hazırda istintaq hərəkətləri davam etdirilir. Cinayətdə əli olanların şəxsiyyətləri müəyyənləşdirilir”- gömrük idarəsinin mətbuat xidmətində bildirilib.