Bakı Şəhər Halqasında bu gün nələr baş verəcək?

Formula 1 Azərbaycan Qran Prisində ikinci günə start verildi.

Aznews.az xəbər verir ki, bu gün Fan zonada 11:40 - 12:40-a qədər Toro Rosso, Renault , Mercedes komandalarının avtoqraf sessiyası baş tutacaq. 14:00 - 15:00 arası Formula 1 sürücülərinin üçüncü sərbəst yürüşləri olacaq. Həmçinin həm Formula 1 və Formula 2 pilotları sualları cavablandıracaqlar.

17:00 - 18:00 arası isə artıq sıralanma turu olacaq. Pilotlar poul qazanmaq uğrunda mübarizə aparacaqlar.

Sıralanma turundan sonra azarkeşlər 19:00-dan etibarən Crystal Hall-a axın etməyə başlayacaq. 21:00-da dünya ulduzu Christina Aguilera konsert programı ilə çıxış edəcək. Əyləncə gecəsini DJ Pancho, Axwell & Ingrosso, DJ Heyder & ALIGEE davam etdirəcək.