Azərbaycana bu ölkədən gələn turistlərinin sayı 3 dəfə artacaq

Bu il Azərbaycana səfər edən İsrail turistlərinin sayı 3 dəfə artaraq 50 mindən çox olacaq.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav İsrail Dövlətinin 70 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, turizm Azərbaycanla İsrail arasında əməkdaşlığın inkişaf etdiyi sahələrdən biridir: