"Mənim partiyamın üzvləri dostlarım, keçmiş iş yoldaşlarım, keçmiş futbolçulardır. Partiyanı maliyyələşdirənlərdən biri də Rusiyanın imkanlı şəxslərindən olan Sergey Puqaçovdur" "Mənim partiyamın üzvləri dostlarım, keçmiş iş yoldaşlarım, keçmiş futbolçulardır. Partiyanı maliyyələşdirənlərdən biri də Rusiyanın imkanlı şəxslərindən olan Sergey Puqaçovdur"

Söyün Sadıqov partiyasını maliyyələşdirən şəxslərdən birinin adını açıqlayıb

"Mənim partiyamın üzvləri dostlarım, keçmiş iş yoldaşlarım, keçmiş futbolçulardır. Partiyanı maliyyələşdirənlərdən biri də Rusiyanın imkanlı şəxslərindən olan Sergey Puqaçovdur"




Bunu APA TV-yə açıqlamasında "Azerros"un keçmiş prezidenti, Rusiya Milli Birlik Partiyasının təsisçisi Söyün Sadıqov deyib.

S. Sadıqov bildirib ki, onlar yeni radio da təsis ediblər: "Bu radionun "Milyarderlər İttifaqı"na heç bir dəxli yoxdur. "Evrazia.FM" adlanan radio artıq fəaliyyətə başlayıb. Bu radionun Azərbaycan diasporu ilə heç bir əlaqəsi yoxdur. Burada bütün dünyadan olan xəbərlər, analitik materiallar, şərhlər, siyasi, iqtisadi müsahibələr yer alacaq. Həmçinin bizim partiyanın xərcləri müzakirələr barədə də məlumatlar da saytda yayılacaq".

APA TV-nin araşdırmaları zamanı Söyün Sadıqovun partiyadakı maliyyə ortağı olan Sergey Puqaçovla bağlı maraqlı məqamlar ortaya çıxıb.

Məlumata görə, o, çirkli pulların yuyulmasında ittiham olunub və buna görə, Fransa və İsveçrə qanunvericiliyindən gizlənmək məcburiyyətində qalıb. Rus mətbuatının "Kreml kardinalı" adlandırdığı S. Puqaçovun rəhbərlik etdiyi "Mejprombank" 2011-ci ildə müflis elan olunub. Mətbuat bunu Rusiya Mərkəzi Bankının sədrinin birinci müavini olmuş Gennadi Melikyanın "Mejprombank"a 32 milyard dollarlıq kredit ayrılmasında vasitəçilik etməsi faktı ilə əlaqələndirib. Bundan sonra S. Puqacova qarşı istintaq araşdırması başlanılsa da, milyonçu ölkəni tərk edib. O, müflis olduğu ildə Tuva vilayətinin senatoru səlahiyyətlərini də itirib. S. Puqaçovun hazırda Londonda yaşaması ilə bağlı məlumatlar var.

Maraqlıdır ki, "The Sunday Times" qəzetinin yazdığına görə, britaniyalı milyonçuların siyahısında S. Puqaçov 750 milyon funt sterlinqlə yer alıb.

Mətbuat bu şəxsi həmişə Provaslav kilsəsi ilə prezident Putin arasında qeyri-rəsmi əlaqələndirici kimi təqdim edib. O, heç vaxt siyasi və media qurumlarının rəsmi təsisçisi olmayıb.

AzNews.az