- Köhnə - Cəmiyyət
- 4 İyun 2018 14:36
- 5 985
Tanınmış jurnalist yeni vəzifəyə təyin olundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində kadr dəyişikliyi edilib.
"Qafqazinfo" xəbər verir ki, Nuridə Allahyarova qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, N. Allahyarova daha əvvəl Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri olub.
AzNews.az