Ağdaşda meşədə narkotik bitkilər yetişdirən 2 şəxs saxlanıldı - Fotolar

Ağdaş rayonunda meşə sahəsində narkotik bitkilərin qanunsuz əkilməsi və yetişdirilməsi ilə məşğul olan şəxslər tutulub.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 8-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhər sakinləri, 1962-ci il təvəllüdlü Atakişiyev Rafael Söyün oğlu və həmyaşıdı Mustafayev Bağdı Qubad oğlu tərəfindən rayonun Qolqəti və Dəhnəxəlil kəndləri arasındakı meşə sahəsindən keçən şirə kanalının kənarında xüsusi aqrotexniki qaydada əkib-becərilən çətənə kolları aşkar edilib.

Polis əməkdaşları əraziyə baxış keçirən zaman oradan uzunluğu 30 sm-dən 1.90 sm-dək, çəkisi 2 kiloqram 865 qram olan 24 ədəd çətənə kolu götürüblər. Hər iki şəxs əməli barəsində Ağdaş rayon Polis Şöbəsinin təhqiqat bölməsi tərəfindən araşdırma aparılır.

image description image description image description image description