Bakıda məcburi köçkünlər üçün əmək yarmarkası keçiriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə məcburi köçkünlər üçün əmək yarmarkası keçirəcək.

AzNews.az-a Komitədən verilən məlumata görə, yarmarka 22 iyunda Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindəki məktəbin binasında təşkil ediləcək.