Azərbaycanda tutulmuş və ya həbs edilmiş şəxslərin notariusun xidmətindən istifadə etmək hüququ hansı xüsusiyyətlər nəzərə alınmaqla həyata keçiriləcəyi müəyyənləşib. Azərbaycanda tutulmuş və ya həbs edilmiş şəxslərin notariusun xidmətindən istifadə etmək hüququ hansı xüsusiyyətlər nəzərə alınmaqla həyata keçiriləcəyi müəyyənləşib.

Həbs edilmiş şəxslər notariusun xidmətindən necə istifadə edə bilərlər?

Azərbaycanda tutulmuş və ya həbs edilmiş şəxslərin notariusun xidmətindən istifadə etmək hüququ hansı xüsusiyyətlər nəzərə alınmaqla həyata keçiriləcəyi müəyyənləşib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Beləliklə, tutulmuş və ya həbs edilmiş şəxslərin notariusun xi

dmətindən istifadə etmək barədə həbs yerinin müdiriyyəti vasitəsilə göndərdiyi müraciətləri və cinayət prosesini həyata keçirən orqanın razılığı notariat kontoruna daxil olduqdan sonra notarius həbs yerinin müdiriyyəti ilə razılaşdırılmaqla, notariat hərəkətinin aparılması gününü və vaxtını müəyyən edəcək.

Notariat hərəkətinin aparılması üçün qanunvericiliklə tələb olunan sənədlər, o cümlədən həbs yerində saxlanılan şəxsin şəxsiyyətini təsdiq edən sənəd notariusa təqdim edildikdən sonra onunla həbs yerinin müdiriyyətinin notariat hərəkətinin aparılması üçün müəyyən etdiyi yerdə notariat hərəkəti aparılacaq. Həbs yerlərində saxlanılan şəxsin müraciəti və cinayət prosesini həyata keçirən orqanın razılığı notariat işində saxlanılacaq. Həbs yerlərində saxlanılan şəxslər barəsində notariat hərəkətləri həbs yerlərinin olduğu inzibati ərazi üzrə notariat kontorunun notariusu tərəfindən aparılacaq.