“Hadisə ehtiyatsızlıqdan baş verib” - Azyaşlını öldürən Komitə nümayəndəsi

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri Salyanda yük maşını ilə bacısının 4 yaşlı oğlunu vuraraq öldürdüyünə görə saxlanılan sürücü ilə görüşüblər.

Komitə sədri Tural Hüseynov APA-ya bildirib ki, Salyan rayon Polis Şöbəsində saxlanılan Əmrulla Aslanov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.

Qeyd edək ki, məlum hadisə bu gün rayonun Boranıkənd kəndində qeydə alınıb. Boranıkənd sakini, 1997-ci il təvəllüdlü Aslanov Əmrulla Nurulla oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə bacısı - 1994-cü il təvəllüdlü Məmmədova Günel Nurulla qızını və onun 4 yaşlı övladı - Əli Sahil oğlu Məmmədovu vurub. Uşaq hadisə yerində ölüb, ana isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.