Milli Məclisin sabiq deputatı Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun villasının yanması ilə bağlı məlumata aydınlıq gətirib. Milli Məclisin sabiq deputatı Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun villasının yanması ilə bağlı məlumata aydınlıq gətirib.

Sabiq deputat Ziya Məmmədovun yanan villasından danışdı - “Belə bir şey yoxdur”

Milli Məclisin sabiq deputatı Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun villasının yanması ilə bağlı məlumata aydınlıq gətirib.

O, AzNews.az-a açıqlamasında sözügedən yanğından xəbərsiz olduğunu deyib:

“Allah eləməsin. Belə bir şey yoxdur. Teymur Əliyev küçəsində təkçə Ziya Məmmədov yaşayır ki? Orada nə qədər villalar var. Teymur Əliyev küçəsi yoxdur, hazırda həmin ünvan Məmməd Araz küçəsi adlanır”.

Qeyd edək ki, Bakıda “Milyonerlər məhəlləsi” kimi tanınan ərazidə yanğın başlayıb. “Qafqazinfo”nun məlumatına görə, Teymur Əliyev küçəsində yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.

Bahar RÜSTƏMLİ
AzNews.az