- Köhnə - Cəmiyyət
- 3 İyul 2018 12:02
- 3 256
Döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirildi - Fotolar
 
            Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinin planına əsasən təlimlərdə iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.
AzNews.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, "həyəcan" siqnalı ilə qaldırılan döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına çıxarılıb.
Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.
 
                                             
                                             
                                             
                                             
                                     
                 
                             
                             
                             
                             
                             
                            