İki günün gedişatını Azərbaycanda üç faktorun sınağı hesab etmək olar: Dövlətin, Cəmiyyətin, Hər bir kəsin. İki günün gedişatını Azərbaycanda üç faktorun sınağı hesab etmək olar: Dövlətin, Cəmiyyətin, Hər bir kəsin.

Dövlətin gücü hadisənin fəsadlarını tez və səmərəli şəkildə aradan qaldıra bilməsindədir - Aydın Mirzəzadə

İki günün gedişatını Azərbaycanda üç faktorun sınağı hesab etmək olar: Dövlətin, Cəmiyyətin, Hər bir kəsin.

Bu sözlər YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadəyə məxsusdur.

AzNews.az xəbər verir ki, deputat son iki gündə elektrik enerjisinin kəsilməsi ilə bağlı məsələlərin hələ də cəmiyyətin ciddi müzakirələr mövzusu olduğunu deyib. Onun sözlərinə görə, Mingəçevirdə yarımstansiyadakı yanğından irəli gələrək baş verənlər yəqin ki, sonradan da 3-4 iyul 2018-ci ildə Azərbaycanda enerji sisteminin çökməsi hadisəsi kimi dəfələrlə istinad tarixi olacaq:

"Müşahidə göstərir ki, hər üçü faktor bu ağır və gözlənilməz sınaqdan uğurla çıxdı. Heç bir dövlət texnogen hadisələrdən sığortalanmayıb və Azərbaycan da istisna deyil. Ancaq dövlətin gücü həmin hadisəyə hazırlığı və onun fəsadlarını tez və səmərəli halda aradan qaldıra bilməsindədir. İndiyə qədər dövlətimizin güclənməsi istiqamətində görülən işlər bu hadisələrdə özünü göstərə bildi. Azərbaycanın dövlət strukturları enerji kəsiminə dərhal reaksiya verdilər. Yarımstansiyadakı mürəkkəb yanğın tez söndürüldü və bərpa işlərinə başlanıldı. Elektrik enerjisinin bərpası üçün işlər görüldü və mərhələ-mərhələ bütün ölkədə işıq bərpa edildi. Bütün bu işlər xaricdən kömək olmadan, öz daxili gücümüz hesabına həll edildi:

A.Mirzəzadə qeyd edib ki, dövlət orqanları hadisə və onun aradan qaldırılması barədə cəmiyyətə mütəmadi məlumat verirdilər və cəmiyyət çaşqın qalmadı. Metropolitendə elektrik enerjisi kəsildikdə Bakı Nəqliyyat Agentliyinin avtobusları insanları ödənişsiz daşımağa başladılar. Həmçinin səhiyyə və yanğından mühafizə sistemləri də istənilən fövqalədə vəziyyətə hazır idilər. Polis orqanları həmin situasiyada ictimai asayişi yüksək səviyyədə qorudular. Yol polisi yol hərəkətinin qəzasız təşklinə nail oldu:

"3-4 iyul hadisələrinə cəmiyyətimiz yüksək hazırlığını ortya qoydu. Sosial şəbəkələrdə panika yox idi, onu yaratmaq istəyənlərə qarşı isə çox sərt mövqe nümayiş etdirildi. İnsanlar öz dövlətinə, hakimiyyətə inamlarını göstərdilər. Onlar dövlətinin sınaqdan çıxacağına inanırdılar, hətta öz köməklərini də təklif edirdilər. Bu ağır sınaqdan hər kəs də üzüağ çıxdı. İnsanlar bir-biri ilə məlumatla bölüşürdülər, bir-birinə dəstək olurdular. Metropolitendə dünən elektrik enerjisi kəsiləndə insanlar metro stansiya çıxışların toplaşaraq o çıxanlara pulsuz su təklif edirdilər, dəstək olurdular. Bəzi kadrlarda isə insanların metro stansiyası daxilinə keçib oradan insanların təxliyyə edilməsinə köməmk edirdilər. Müstəqillik qazandıqdan sonrakı ciddi hazırlığımız bu gün güclü və qətiyyətli, hər bir hadisəyə hazır olduğumuzu göstərdi".

Elgün Mənsimov
AzNews.az