Ağdam rayonunun Təzəkənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilir. Ağdam rayonunun Təzəkənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilir.

ATƏT nümayəndələri təmas xəttində monitorinq keçirirlər

Ağdam rayonunun Təzəkənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, monitorinqi keçirmək üçün cəbhə bölgəsinə gələn ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Vladimir Minarik əvvəlcə Ağdam rayon İcra Hakimiyyətinə gəliblər.

Onlar rayon icra başçısının birinci müavini Allahverən Əliyevlə görüşüblər. Bildirilib ki, ermənilər 16 yanvar 2018-ci il tarixindən bu günədək cəbhəyanı yaşayış məntəqələrini 552 dəfə atəşə tutublar.

Görüşdən sonra ATƏT nümayəndələri Müdafiə Nazirliyinin yüksək çinli zabitlərinin nəzarəti altında cəbhə xəttinə yollanıblar.