“Dövlətin təmsilçisinə, onun qoruyucusuna, onun qanunlarını qoruyan adamlara silah qaldırmaq, onu öldürmək cinayətdir”. “Dövlətin təmsilçisinə, onun qoruyucusuna, onun qanunlarını qoruyan adamlara silah qaldırmaq, onu öldürmək cinayətdir”.

“O iki polisin günahı nə idi?” - Rüstəm Behrudi

“Dövlətin təmsilçisinə, onun qoruyucusuna, onun qanunlarını qoruyan adamlara silah qaldırmaq, onu öldürmək cinayətdir”.

Bunu AzNews.az-a açıqlamasında tanınmış şair Rüstəm Behrudi Gəncə hadisələrini şərh edərkən deyib. O, belə hadisələri qəti şəkildə pislədiyini bəyan edib:

“Adamlar mübarizələrini sivil yolla aparmalıdır. Gəncə hadisələri yüksək səviyyədə araşdırılmalıdır. Aydınlaşdırılmalıdır ki, icra başçısına qarşı terror hadisəsi niyə törədilib? Kök budur, bu, tam aydınlaşmalıdır. Bütün hallarda adama su-qəsd hazırlamaq cinayətdir. Mən də mətbuatdan oxuyurdum ki, Elmar Vəliyev Gəncə camaatı ilə yaxşı rəftar eləmir. Əlbəttə, bunun bir sonu olmalıydı. Amma terror şəklində yox. Bəs öldürülən o iki polis əməkdaşının günahı nə idi? Burada çox müəmmalı məsələlər, gizli məqamlar var. Öldürülən şəxs sıradan bir polis deyil. Rəis müavininin ürəyindən xəncərlə vurulması aydınlaşdırılmalıdır. Bu, dini radikalizm tərfdarlarının, Azərbaycanda qarışıqlıq yaratmaq istəyən adamların törətdiyi cinayətə də oxşayır”.

Bahar RÜSTƏMLİ
AzNews.az