Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovla bağlı yeni faktlar üzə çıxıb. Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovla bağlı yeni faktlar üzə çıxıb.

Yunis Səfərovla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş şəxslər saxlanıldı - Fotolar

Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovla bağlı yeni faktlar üzə çıxıb.

Hüquq mühafizə orqanlarından AzNews.az-a verilmiş məlumata görə, Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovun əvvəllər hazırda İran İslam Respublikası ərazisində yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib.

Qeyd edilməlidir ki, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.

Tohid İbrahimbəyli

Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olmuşdur ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndəriliblər.

Belə ki, istintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Taleh Göyüşov bu ilin 10 iyul tarixində Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olmuşdur.

Qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və cinayət məsuliyyətinə cəlb olunmuşlar.

AzNews.az