Kürdəmir rayonunda “küçə” bazarının antisanitariya götüntülərini əks etdirən fotolar yayılıb. Kürdəmir rayonunda “küçə” bazarının antisanitariya götüntülərini əks etdirən fotolar yayılıb.

Kürdəmirin küçə bazarı... - Fotolar

Kürdəmir rayonunda “küçə” bazarının antisanitariya götüntülərini əks etdirən fotolar yayılıb.

AzNews.az xəbər verir ki, sakinlər sözügedən bazardakı acınacaqlı vəziyyətin illərdir ki, hökm sürdüyünü deyiblər. Onların sözlərinə görə, Kürdəmir rayonunda bir neçə bazar var. Lakin həmin bazarlarda yerpulu baha olduğundan ticarətlə məşğul olan insanların bir qismi “küçə bazarı”nda lövbər salıb.

Onlar “küçə ticarətidir” deyib məhsullarını harda gəldi, hətta torpağın üstündə belə, satmağa məcbur olurlar. Ölkənin ən isti rayonu hesab edilən Kürdəmirdə yayın 50 dərəcə istisində balıq satanlar da var. Diri ev quşları, toyuq-cücə almaq istəyənlər isə yollarını Bakı-Qars dəmir yolunun Kürdəmir stansiyasından salırlar. Kürdəmir bazarında yerpulu çox olduğundam toyuq-cücə alverçiləri təhlükənin bir addımlığında dayanıblar.

Sakinlərin sözlərinə görə rayon bazarında yer haqlarının aşağı salınması ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də heç bir tədbir görülməyib.

Bahar RÜSTƏMLİ
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description