Azyaşlının hündür binadan yıxılaraq ölməsi ilə bağlı cinayət işi açıldı

Ötən gün Bakıda azyaşlının çoxmərtəbəli binadan yıxılaraq ölməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Bakı şəhər prokurorluğundan AzNews-a verilən məlumatda qeyd olunur.

Məlumatda bildirilir ki, valideyn diqqətsizliyi və səhlənkarlığı ucbatından iyulun 19-da saat 12 radələrində paytaxtın Qaradağ rayonunda 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızının yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.