- Köhnə - Cəmiyyət
- 25 İyul 2018 16:54
- 5 854
Bakıda tozun miqdarının normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb - Nazirlik

Bu gün Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən AzNews.az-a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.
Qeyd olunub ki, atmosferdə müşahidə olunan toz 27 iyul 2018-ci il tarixinədək davam edəcək.