Respublikaçı Alternativ partiyasının həbsdə olan sədri İlqar Məmmədovun yenidən məhkəmə prosesi keçiriləcək. Respublikaçı Alternativ partiyasının həbsdə olan sədri İlqar Məmmədovun yenidən məhkəmə prosesi keçiriləcək.

İlqar Məmmədovun yenidən məhkəməsi olacaq

Respublikaçı Alternativ partiyasının həbsdə olan sədri İlqar Məmmədovun yenidən məhkəmə prosesi keçiriləcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Fuad Ağayev məlumat verib. O bildirib ki, İ.Məmmədovun işi üzrə yeni apellyasiya baxışı Şəki Apellyasiya Məhkəməsində avqustun 10-u saat 11-də keçiriləcək.

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

AzNews.az