- Köhnə - Cəmiyyət
- 26 Mart 2013 11:37
- 1 773
Yeni metrostansiyanın tikintisinə görə su kəsiləcək

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, bununla əlaqədar martın 26-da gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə - Azadlıq prospekti, T.Əliyev, Ş.Rəhimov, Atatürk, X.Şuşinski küçələrinə və 3-cü Alatava yaşayış sahəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
AzNews.az