- Köhnə - Cəmiyyət
- 27 İyul 2018 21:39
- 4 612
Cavid Qurbanov o müavininə şiddətli töhmət verdi

"Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov SV vaqonlarda qiymət artımının zəruri olduğu, “hər yerindən duranın SV-yə bilet alması” na görə qiymətlərin 10 faiz artırılması ilə bağlı mediaya verdiyi açıqlama cəmiyyətdə narazılığa və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Moderator.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi məsuliyyətsiz bəyanatına görə artıq M.Şıxəmirovu cəzalandırıb.
Belə ki, M.Şıxəmirova axırıncı xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.