Gözəl görünmək hər kəsin arzusudur. Bəzən insanlar çəkilərindən narazı olduqları üçün arıqlamaq və ya kökəlmək, bəziləri isə artıq çəkidən uzaq olmaq üçün ömürlərini pəhrizlər və dietlərlə keçirirlər. Gözəl görünmək hər kəsin arzusudur. Bəzən insanlar çəkilərindən narazı olduqları üçün arıqlamaq və ya kökəlmək, bəziləri isə artıq çəkidən uzaq olmaq üçün ömürlərini pəhrizlər və dietlərlə keçirirlər.

Arıqlamaq üçün mədə əməliyyatı - Bakıda neçəyədir?

Gözəl görünmək hər kəsin arzusudur. Bəzən insanlar çəkilərindən narazı olduqları üçün arıqlamaq və ya kökəlmək, bəziləri isə artıq çəkidən uzaq olmaq üçün ömürlərini pəhrizlər və dietlərlə keçirirlər.

Son zamanlar artıq çəkidən xilas olmaq üçün ən çox yayılmış üsullardan biri də mədə kiçiltmə əməliyyatıdır. Bu əməliyyatın qiyməti digərlərindən bir qədər bahadır. Bu qiymət Rusiyada 8-12 min manat, Türkiyədə isə 10-18 min manat arasıdır.

Aznews.az Azərbaycanda mədə kiçiltmə əməliyyatına olan tələbatı və qiymətini araşdırdırmaq üçün Dr. Ruslan Ağayevlə əlaqə saxladı.

“Son zamanlarda mədə kiçiltmə əməliyyatına tələbat daha da artıb. Bəzən 70 kilo insan əməliyyat üçün müraciət edir, amma onlara başa salırıq ki, sizin üçün bu prosedur çox tezdir. Daha çox 100 kilodan artıq insanlar bunun üçün müraciət edirlər. Bu zaman bədən kütlə indeksini ölçüb ona uyğun hərəkət edirik. Əməliyyatın xəstə üçün heç bir əks təsiri yoxdur, təbii ki, başqa bir xəstəliyi yoxdursa. Onun üçün də əməliyyatdan öncə xəstə müayinə olunur, daha sonra pəhriz tətbiq olunur. Qiymətlər fərqlidir, 5-10 min manat arası dəyişir. Bu həm klinikadan, həm də xəstədən asılıdır. Çünki, əməliyyatdan öncə bir sıra analizlər götürülür. Ona uyğun olaraq da qiymət müəyyənləşdirilir”.

Mövzu ilə bağlı bu əməliyyatı keçirən Nəzrin Qədirova ilə də əlaqə saxladıq:

“Bir il əvvəl əməliyyat olmuşam. Əməliyyatımı Taryel Ömərov etmişdi, həkimimdən çox razıyam. Çox savadlı və bacarıqlı həkimdir. Əməliyyatdan əvvəl çəkim 134 kilo idi, fevraldan dekabra qədər 85 kiloya düşdüm. Fevralda ana olacağımı öyrəndim, çəkim dayandı. Amma uşaq dünyaya gəldikdən sonra da çəkim gedəcək. Qiymət fərqlidir, hər xəstəyə fərqli qiymətdir, o da xəstənin səhhətindən asılıdır. Mənim əməliyyatım 5500 manata olub”.

Nigar Cəfər
Aznews.az

image description